İlk xəbər saat 12:39-da yayımlanıb
Bakı. Ənvər Məmmədov - Trend:
Serbiya "Azərbaycan Dəmir Yolları" QSC-ni ölkənin dəmir yolu sisteminin modernləşdirilməsində iştirak etməyə dəvət edib.
Trend-in məlumatına görə, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç Bakıda keçirilən Azərbaycan-Serbiya işgüzar görüşündə deyib.
Dövlət başçısı bildirib ki, Serbiya öz bazarında Azərbaycan şirkətlərinin rəqabətədavamlılığını görməkdən şad olacaq:
“Bu işi indiyədək bizim üçün “Rusiya dəmir yolları” icra edirdi. Serbiyanın dəmiryol şəbəkəsi təmirə ehtiyac duyur. Əgər siz rəqabətqabiliyyətlisinizsə, ölkəmizə gəlib dəmir yollarımızın təmirində iştirak edə bilərsiniz”.