...

Bitkoin ucuzlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2018 17:03 (UTC +04:00)
Bitkoin kriptovalyuta bazrındakı mənfi xəbərlər fonunda ucuzlaşmaqda davam edir.
Bitkoin ucuzlaşır

Bakı. Trend:

Bitkoin kriptovalyuta bazrındakı mənfi xəbərlər fonunda ucuzlaşmaqda davam edir.

Trend-in məlumatına görə, bitkoin 6,4 min dollara alınıb satılır.

"CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti son sutka ərzində 1,33% ucuzlaşaraq 6,48 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiymətində də azalma qeydə alınıb. Belə ki, "Ethereum" 1,47% və ya 497,13 dollaradək, "Ripple" 3% (0,52 dollara qədər), "Bitcoin Cash" 2,26% (839,62 dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 276,62 milyard dollar təşkil edir və bunun 40 faizi bitkoinin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti