...

Azərbaycanda yüksək komission haqqı verən sığorta şirkətinə qarşı ciddi sanskiyalar tətbiq ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2018 17:05 (UTC +04:00)
Azərbaycanda yüksək komission haqqı verən sığorta şirkətinə qarşı ciddi sanskiyalar tətbiq ediləcək.
Azərbaycanda yüksək komission haqqı verən sığorta şirkətinə qarşı ciddi sanskiyalar tətbiq ediləcək

Bakı. Trend:

Azərbaycanda yüksək komission haqqı verən sığorta şirkətinə qarşı ciddi sanskiyalar tətbiq ediləcək.

Bu barədə Trend-ə Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyindən məlumat verilib.

Assosiasiyanın təşkilatçılığı ilə İcbari Sığorta Bürosu (İSB) elektron sisteminin fəaliyyəti ilə bağlı sığorta şirkətlərinin görüşü keçirilib. Görüşdə Birliyin sədri Mustafa Abbasbəyli, İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov, eləcə də “Atəşgah Sığorta, “AtaSığorta”, “AzSığorta”, “AXA MBASK”, “Qala Sığorta”, “Günay Sığorta”, “İpək Yolu Sığorta, “Meqa Sığorta”, “Paşa Sığorta”, “Standard Sığorta” ASC-lərinin rəhbər şəxsləri iştirak ediblər.

Görüş zamanı İSB-nin elektron sistemi ilə bağlı tətbiq edilə biləcək yeniliklər müzakirə olunub, "bonus-malus" sisteminin şəxsə deyil, avtomobilə münasibətdə tətbiqi, sığorta şəhadətnamələri gözləmə müddəti zamanı ləğvetmə funksiyasının üzv şirkətlərə verilməsi, sığorta şəhadətnaməsi yazılarkən baş verə biləcək digər texniki səhvlərin aradan qaldırılmasının asanlaşdırılması və s. mövzular üzrə fikir mübadiləsi aparılıb.

Görüşün ən əsas hissəsini isə sığorta şirkətləri tərəfindən sığorta vasitəçilərinə təqdim edilən komission haqlarının süni yolla artımının qarşısının alınmasına dair müzakirələr təşkil edib. Birliyin sədri Mustafa Abbasbəyli vurğulayıb ki, bu növ qanun pozuntuları ilə ciddi mübarizə aparılmalı və sığorta agentləri tərəfindən qeyri-qanuni endirimlərin qarşısı alınmalıdır. Bunun üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi və sığorta şirkətlərinin də nümayəndələrinin iştirakı ilə Birlik daxilində bu məsələ ilə məşğul olmaq məqsədi ilə monitorinq qrupunun formalaşdırılması qərara alınıb. Bildirilib ki, qrup tərəfindən hər hansı bir şirkətin yüksək komission haqqı verildiyi aşkar ediləcəyi təqdirdə həmin şirkətə qarşı ciddi sanskiyaların tətbiq edilməsi üçün müvafiq tədbirlər görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti