...

Yohann Şnayder-Amman: Mən Azərbaycanda özümü evdəki kimi hiss edirəm (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2018 18:39 (UTC +04:00)
Bu gün İsveçrənin İqtisadiyyat, Təhsil və Tədqiqatlar Federal Departamentinin rəhbəri, federal müşavir Yohann Şnayder-Ammannın rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Kimya Sənaye parkında tikintisi davam etdirilən SIKA (İsveçrə) şirkətinin tikinti qatışıqları üçün xammal və hazır məhsul istehsalı üzrə zavoduna səfər edib
Yohann Şnayder-Amman: Mən Azərbaycanda özümü evdəki kimi hiss edirəm (FOTO)

Sumqayıt. Ənvər Məmmədov, Zaur Mustafayev - Trend:

Bu gün İsveçrənin İqtisadiyyat, Təhsil və Tədqiqatlar Federal Departamentinin rəhbəri, federal müşavir Yohann Şnayder-Ammannın rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Kimya Sənaye parkında tikintisi davam etdirilən SIKA (İsveçrə) şirkətinin tikinti qatışıqları üçün xammal və hazır məhsul istehsalı üzrə zavoduna səfər edib.

Trend-in məlumatına görə, nümayəndə heyəti işlərin gedişi ilə tanış olub.

Y.Şnayder-Amman özünü Azərbaycanda evdəki kimi hiss etdiyini deyib:

“Mən Azərbaycanda İsveçrə şirkətinin zavoduna gəlməkdən məmnunam. Digər İsveçrə şirkətləri kimi SIKA da öz sahəsində liderdir. SIKA Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir, amma istehsalat sahəsinin yaradılması çox vacib hadisədir. İsveçrəli investorlar üçün əlverişli mühit yaratdıqları üçün Azərbaycan rəhbərliyinə minnətdaram”.

Öz növbəsində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev SIKA zavodundan danışarkən bildirib ki, beş il əvvəl bu ərazidə heç bir şərait yox idi:

“Ərazidə köhnə sovet zavodlarının tullantıları var idi və bura təhlükəli tullantılar poliqonunu xatırladırdı. Dövlət investisiyalarının hesabına 500 hektar ərazi təmizləndi və biz qapıları rezidentlər üçün açdıq. Bu cür zavodların yaradılması ölkədəki maliyyə və siyasi sabitlik hesabına mümkün oldu”.

Nazir əlavə edib ki, SIKA zavodunun yaradılması üçün 3,5 milyon dollar investisiya qoyulub və bu müəssisə 80 yeni iş yerinin açılmasına imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti