...

Moody's Azərbaycanda bank kreditləşməsinin artımını gözləyir (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2018 11:22 (UTC +04:00)
2018-ci ildə Azərbaycan banklarının kredit portfeli 5-10 faiz artacaq
Moody's Azərbaycanda bank kreditləşməsinin artımını gözləyir (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov - Trend:

2018-ci ildə Azərbaycan banklarının kredit portfeli 5-10 faiz artacaq.

Trend-in məlumatına görə, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.

Agentlik yeni hesabatında Azərbaycan bank sistemi üzrə proqnoz “mənfi”dən “stabil”ə dəyişib.

Agentliyin fikrincə, iqtisadi artımın bərpa olunması kreditlərə tələbatın artmasına səbəb olacaq. Bu, əsasən əhaliyə kreditlərin artması hesabına baş verəcək.

Eyni zamanda 2018-ci ildə korporativ kreditləşmə dinamikası zəif olacaq.

Hesabatda qeyd olunur ki, bankların ümumi aktivlərində kreditlərin payı 2014-cü ildə 74 faizdən 2017-ci ildə 41 faizədək düşüb.

Agentlik Azərbaycan banklarının kredit portfellərinin problemli kreditlərdən təmizlənəcəyini gözləyir. Bundan başqa, bank sektorunun konsolidasiyası davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti