Bakı. Azad Həsənli - Trend:
Azərbaycan hökuməti yaxın iki il ərzində ölkə iqtisadiyyatının artımı üzrə proqnozları əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.
Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya"da deyilir.
Əgər hökumət 2018-ci ildə ÜDM-in artımını 1,5 faiz səviyyəsində gözləyirdisə, indi proqnoz iki faizə qədər artırılıb. 2019-cu il üçün proqnoz 1,4 faizdən 3,1 faizədək yenidən nəzərdən keçirilib.
2018-2021-ci illərdə ÜDM-in artımı ilə bağlı Azərbaycan hökumətinin proqnozları:
İllər |
2018 |
2019 |
2020 |
2021 |
Cari proqnoz |
||||
Nominal ÜDM (mln. manat) |
74 646,9 |
75 389,2 |
81 245 |
84 973,1 |
ÜDM-in real artım tempi (%) |
2,0 |
3,1 |
3,5 |
2,4 |
Əvvəlki proqnoz |
||||
Nominal ÜDM (mln. manat) |
69 396 |
72 727 |
77 403 |
81 053 |
ÜDM-in real artım tempi (%) |
1,5 |
1,4 |
3,7 |
2,9 |
Strategiyada qeyd olunur ki, 2018-ci ildə və ortamüddətli dövrdə iqtisadi artım üzrə pozitiv dinamikanın qorunacağı gözlənilir. Belə ki, yerli proqnozlarla yanaşı, bir sıra mötəbər beynəlxalq maliyyə təşkilatları, o cümlədən Dünya Bankı və Beynəlxalq Valyuta Fondu da Azərbaycan iqtisadiyyatında artım proqnozlaşdırır.
Qeyd edək ki, son vaxtlar Azərbaycan iqtisadiyyatı sabit artım nümayiş etdirir. "Fitch Ratings", "Standard & Poor's" və "Moody's" kimi beynəlxalq reytinq agentlikləri ölkə iqtisadiyyatında müsbət dəyişiklikləri qeyd edir. Xüsusilə "S&P Azərbaycan ÜDM-nin orta artımını 2022-ci ilə qədər üç faiz səviyyəsində proqnozlaşdırır. Eyni zamanda, "Moody's" ölkə iqtisadiyyatının artımı üzrə proqnozlarını artırıb. "Fitch" agentliyi isə qeyd edir ki, ölkədə geniş siyasi və sosial sabitlik saxlanılacaq.
Strategiyaya əsasən, ortamüddətli dövrdə inflyasiya göstəricilərinin azalması proqnozlaşdırılır ki, bu da öz növbəsində, uçot faiz dərəcəsinin endirilməsi və daraldıcı pul siyasətindən neytral pul siyasətinə tədrici keçid üçün zəmin yarada bilər. Beləliklə, dövlət borcunun idarə edilməsi ilə bağlı yerli bazarlardan maliyyə resurslarının cəlb edilməsi zamanı inflyasiya risk faktorunun aşağı olması ilə əlaqədar daha münasib faiz dərəcəsi formalaşar.
2018-2021-ci illər üçün inflyasiya proqnozu:
İllər |
2018 |
2019 |
2020 |
2021 |
İnflyasiya (orta illik, %-lə) |
6,1 |
4,7 |
3,3 |
3,1 |