...

RF Dəmir Yolları: Azərbaycanla Rusiya arasında daşımaların həcmi artıb (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Sentyabr 2018 11:30 (UTC +04:00)
Azərbaycanla Rusiya arasında dəmir yolu ilə daşımalar ötən illə müqayisədə 18 faiz artıb və 6 milyon tonu ötüb
RF Dəmir Yolları: Azərbaycanla Rusiya arasında daşımaların həcmi artıb (YENİLƏNİB)

Bakı. İlkin Şəfiyev - Trend:

Azərbaycanla Rusiya arasında dəmir yolu ilə daşımaların həcmi ötən illə müqayisədə 18 faiz artaraq 6 milyon tonu ötüb.

Trend-in məlumatına görə, bunu 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumu zamanı “Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun birinci müavini Aleksandr Mişarin deyib.

O bildirib ki, iki ölkə arasında avtomobil nəqliyyatı ilə daşımalar 31 faizdən çox artıb: "Aviadaşımaların həcmi də artacaq. Bizim müzakirə edilməli olan çox işimiz və yaxşı perspektivlər var".

"Şimal-Cənub" layihəsindən danışan A.Mişarin qeyd edib ki, bu layihəyə maraq artır:

"Hazırda Rusiya Azərbaycan vasitəsilə Türkiyəyə və digər ölkələrə kömür tədarükü imkanını nəzərdən keçirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti