...

AYİB Qaradağ sement zavodundakı payını satdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2018 18:56 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Holcim Azerbaijan” Qaradağ sement zavodundakı payını səhmdarlardan birinə satıb
AYİB Qaradağ sement zavodundakı payını satdı

Bakı. Taleh Mürsəqulov - Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Holcim Azerbaijan” Qaradağ sement zavodundakı payını səhmdarlardan birinə satıb.

Bu barədə Trend-ə AYİB-in rəsmi nümayəndəsi Anton Usov deyib.

A.Usovun sözlərinə görə, AYİB-in zavoddakı 10 faizlik payı “Lafarge Holcim”ə satılıb. Satışın məbləği açıqlanmayıb.

Bank rəsmisi bildirib ki, AYİB 2007-ci ildən 2017-ci ilədək “Holcim Azerbaijan”ın səhmdarı olub.

Qeyd edək ki, “Lafarge Holcim”in payı indiki 66 faizdən 76 faizədək artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti