Bakı. Taleh Mursaqulov - Trend:
Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Vençay Jenq Bakıda AİB-lə Azərbaycan arasında beşillik strateji tərəfdaşlığı müzakirə etməyi planlaşdırır.
Bu barədə Trend-ə bankdakı mənbə məlumat verib.
Məlumata görə, oktyabrın 22-dən 24-dək baş tutacaq səfər çərçivəsində hökumət nümayəndələri ilə görüşlər planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan 1999-cu il dekabrın 22-də AİB-in üzvü olub. Bankın kapitalında ölkənin iştirak payı 0,5 faiz təşkil edir.