...

Xəzəryanı ölkələrdən olan sahibkar qadınların I forumu 2019-cu ildə keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2018 17:36 (UTC +04:00)
Xəzəryanı ölkələrindən sahibkar qadınların birinci forumunun 2019-cu ilin aprelində Həştərxanda keçirilməsi planlaşdırılır
Xəzəryanı ölkələrdən olan sahibkar qadınların I forumu 2019-cu ildə keçiriləcək

Bakı. Trend:

Xəzəryanı ölkələrdən olan sahibkar qadınların birinci forumunun 2019-cu ilin aprelində Həştərxanda keçirilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bu təklifi Həştərxan vilayəti və Azərbaycan tərəfi dəstəkləyib.

“Həştərxan-Azərbaycan” qadın sahibkarlığı forumu 3 gün ərzində keçiriləcək və təxminən 350 nəfər iştirak edəcək.

Tədbir çərçivəsində ustad dərsləri, ekspert sessiyaları, qadın sahibkarların biznes layihələrinin təqdimatı keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti