...

Nazir: Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2019 16:07 (UTC +04:00)
Ötən il Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı 11 faiz artıb
Nazir: Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı artır

Bakı. Trend:

Ötən il Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı 11 faiz artıb.

Trend-in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Bakıda keçirilən beşinci Aİ-Azərbaycan biznes forumunda deyib.

İ.Kərimovun sözlərinə görə, ötən il kənd təsərrüfatı məhsullarının istehsalı 4,6 faiz, son on il ərzində isə 2,4 dəfə artıb.

Nazir qeyd edib ki, 2018-ci ildə Azərbaycan və Avropa İttifaqı arasında kənd təsərrüfatı məhsulları üzrə mal dövriyyəsi 237 milyon dollar dəyərində olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti