...

"Nissan" Rusiyadakı zavodlarında istehsalı bərpa edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2020 05:18 (UTC +04:00)
"Nissan" Rusiyadakı zavodlarında istehsalı bərpa edir

Bakı. Trend:

"Nissan" avtomobil istehsalçısı mayın 18-də rusiyanın Sankt-Peterburq şəhərindəki zavodunda işini bərpa edir.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə şirkətin rəsmi nümayəndəsi bildirib.

"İşçilərin təhlükəsizliyinə və sağlamlığına zəmanət vermək üçün şirkətdə virus infeksiyasının yayılması ilə mübarizə məqsədi ilə əlavə tədbirlər tətbiq edilib: tibbi nəzarət gücləndirilir, bütün işçilərin hərarətinə nəzarət edilir, sosial məsafəni qorumaq üçün xüsusi nişanlar qoyulur. Bütün işçilər fərdi qoruyucu vasitələrlə təmin ediləcək", - nümayəndə deyib.

Xatırladaq ki, zavod istehsalı koronavirus pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlərlə əlaqədar olaraq 30 martda dayandırıb.

Bununla belə, "Nissan" səlahiyyətliləri iyun ayında bu zavodda istehsalı aşağı tələbat və Avropa zavodlarından ehtiyyat hissələrin gəlməməsi səbəblərindən tamamilə dayandırılacağını istisna etmirlər.

Sankt-Peterburqda "Nissan" zavodunun açılışı 2009-cu ilin iyununda baş tutub və istehsal gücü ildə 100 min avtomobildir. Zavod üç model istehsal edir: "Nissan X-Trail", "Nissan Murano", "Nissan Qashqai".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti