...

"Chevron" işçilərinin 15 faizini ixtisar edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2020 05:59 (UTC +04:00)
"Chevron"  işçilərinin 15 faizini ixtisar edəcək

Bakı. Trend:

Amerikanın "Chevron" neft və qaz korporasiyası yeni növ koronavirus pandemiyasının yaratdığı çətinliklər fonunda işçilərinin ən az 15 faizini ixtisar etməyi planlaşdırır.

Trend TASS-a istinadən xəbər verir ki, bu yaxınlarda dünya üzrə "Chevron" işçilərinə yenidən iş üçün müraciət etmələri barədə məlumatlandırılıb. Bir neçə həftə ərzində şirkət artıq xidmətlərində maraqlı olmayan hazırkı işçilərinə müvafiq bildiriş göndəriləcək.

"Chevron" işini itirən işçilərə təqribən 1 milyard dollar təzminat ayırıb. Ümumilikdə ixtisar hazırda 47 mindən çox əməkdaşı olan "Chevron"un 15 faiz işçisinə təsir edə bilər.

Şirkət bu seqmentin əksər qurumları kimi, pandemiya zamanı istehlakın kəskin azalması və karbohidrogenlərin ucuzlaşması səbəbindən xərcləri azaldıb. "Chevron"un ikinci rübdəki gəliri 2019-cu ilin eyni dövründəki 36.32 milyard dollardan fərqli olaraq 13.49 milyard dollar olub. Ötən il eyni dövrdə 4.3 milyard dollar mənfəət əldə etdiyi halda şirkət 8.3 milyard dollar məbləğində itki edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti