...

"Visa" Azərbaycan və Mərkəzi Avropa üçün qlobal innovativ proqram işə salır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2021 18:53 (UTC +04:00)
"Visa" Azərbaycan və Mərkəzi Avropa üçün qlobal innovativ proqram işə salır

Bakı. Zeyni Cəfərov, tərcümə Orxan Nəbiyev - Trend:

"Visa" şirkəti qlobal innovativ proqram və maliyyə-texnologiya şirkətləri üçün ideyalar müsabiqəsinə start verib.

Bu barədə Trend-ə şirkətdən bildiriblər.

Qeyd olunub ki, "Visa Everywhere Initiative 2021" müsabiqəsinə Mərkəzi Avropa, Yaxın Şərq və Afrika regionu üzrə Azərbaycandan da namizədlər dəvət olunur. Regional müsabiqənin qalibləri ümumdünya müsabiqəsində iştirak etmək haqqı qazanacaq.

Regional müsabiqənin finalı bu il iyunun 8-də, ümumdünya müsabiqəsinin finalı sentyabrın 14-də nəzərdə tutulub.

Şirkətdən bildiriblər ki, müsabiqədə bütün dünyadan maliyyə-texnologiya şirkətləri iştirak üçün müraciət edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti