...

Kotirovka sorğuları "Elektron satınalmalar" portalı vasitəsilə keçirilə bilər - Dövlət Xidməti

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2021 12:44 (UTC +04:00)
Kotirovka sorğuları "Elektron satınalmalar" portalı vasitəsilə keçirilə bilər - Dövlət Xidməti

Bakı. Zeyni Cəfərov, tərcümə Orxan Nəbiyev - Trend:

Azərbaycanda kotirovka sorğuları "Elektron satınalmalar" portalı vasitəsi keçirilə bilər.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli 2020-ci ilin yekunlarına həsr olunmuş brifinq zamanı deyib.

O bildirib ki, bu cür təşəbbüs artıq mövcuddur və qəbul olunacağı təqdirdə kotirovka sorğuları "Elektron satınalmalar" portalı vasitəsi ilə keçirilə bilər. Bu, elektron satınalmaların sayının artmasına yol açacaq.

M.Abbasbəyli qeyd edib ki, 2020-ci ilin yekunlarına əsasən dövlət satınalmalarının həcmi 6,5 milyard manatı ötüb. Bunun 930 milyon manatı elektron satınalmaların payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti