...

Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda təsdiq etdiyi əməliyyatların məbləğini açıqlayıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Avqust 2021 12:13 (UTC +04:00)
Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda təsdiq etdiyi əməliyyatların məbləğini açıqlayıb (FOTO)

Saloniki. Ləman Zeynalova -Trend:

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) 2021-ci ilin iyulunadək Azərbaycan üçün 140 477 504 avro məbləğində səkkiz əməliyyatı təsdiq edib.

Bu barədə Trend-in Yunanıstana ezam olunmuş müxbiri Salonikidə "Qara dəniz regionu post-pandemiya dövründə: QDTİB rəhbərliyi ilə strateji dialoq" adlı tədbirdən xəbər verir.

Qeyd olunur ki, əməliyyatlar üçün artıq ayrılmış məbləğ 131 195 562 avro, ödənilməmiş məbləğ isə 84 950 868 min avro təşkil edib.

Ümumiyyətlə, QDTİB-in İdarə heyətinin 2021-ci ilin iyulunadək təsdiq etdiyi əməliyyatların sayı 164, məbləği 3,6 milyard avrodan çox təşkil edir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti