...

Apple 2024-cü ildə elektromobillərin istehsalına başlamaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2021 05:13 (UTC +04:00)
Apple 2024-cü ildə elektromobillərin istehsalına başlamaq niyyətindədir

Bakı. Trend:

Apple 2024-cü ildə öz elektromobillərinin istehsalına başlamaq niyyətindədir.

Trend xəbər verir ki, bu barədə şirkətin məhsulları ilə bağlı xəbərlərdə ixtisaslaşan "Apple Insider" portalı məlumat yayıb.

Məlumata əsasən, hazırda şirkət rəhbərliyi Asiya avtomobil istehsalçıları ilə görüşlər keçirir.

Daha əvvəl amerikan mətbuatı "Apple"ın "Hyundai" və "Kia" ilə elektrik avtomobillərin istehsalına başlamaq barədə razılığa yaxın olduğunu yazıb. İlkin planlaşdırmalara görə, müştərək istehsalat "Kia"nın Vest Poyntdakı (Corciya ştatı) zavodunda başlanılmalı idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti