...

Azərbaycanla Qazaxıstan arasında ticarət əməkdaşlığı barədə memorandum imzalanıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Sentyabr 2021 17:13 (UTC +04:00)
Azərbaycanla Qazaxıstan arasında ticarət əməkdaşlığı barədə memorandum imzalanıb (FOTO)

Bakı. Trend:

Qazaxıstan Ticarət və İnteqrasiya Nazirliyi ilə Azərbaycan İqtisadiyyat Nazirliyi arasında Ticarət əməkdaşlığı barədə memorandum imzalanıb.

Trend-in məlumatına görə, bu barədə Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanov öz "Facebook" səhifəsində yazıb.

Qeyd olunub ki, sənəd iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüş zamanı imzalanıb.

B.Sultanov bildirib ki, Qazaxıstan yaxın zamanlarda Azərbaycan iqtisadiyyatında tələbat olan metallurgiya və neft-kimya sahələri, qida sənayesi məhsulları üçün tədarükünü artırmağa hazırdır.

Nazir əlavə edib ki, memorandum ikitərəfli ticarətin qarşılıqlı səmərəli əsasda inkişafına xidmət edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti