...

Zəngəzur dəhlizi Çindən Avropaya daşıma müddətini 12 günədək azalda bilər - Departament rəisi

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2021 15:13 (UTC +04:00)
Zəngəzur dəhlizi Çindən Avropaya daşıma müddətini 12 günədək azalda bilər - Departament rəisi

Bakı. Sədrəddin Ağcayev - Trend:

Zəngəzur dəhlizi Çindən Avropaya daşıma müddətini 12 günədək azalda bilər.

Trend-in məlumatına görə, bunu Bakı limanının strateji planlaşdırma və inkişaf departamentinin rəisi Xudayar Həsənli deyib.

"Zəngəzur dəhlizinin açılması Azərbaycana bu dəhlizdə, eləcə də Naxçıvan istiqamətində logistika mərkəzləri yaratmağa imkan verəcək. Bu dəhliz Türkiyə yük maşınlarının Azərbaycan ərazisindən tranzitini 50 faizədək və ya 60 min TIR artıracaq. Bu gün bu göstərici 23 min TIR təşkil edir", - deyə o bildirib.

Bundan başqa, X.Həsənli əlavə edib ki, həmin dəhliz Azərbaycana Bakı-Tbilisi-Qars dəmir yolu ilə konteyner və yük maşınları nəql etməyə imkan verəcək.

"Buraya Çin-Avropa marşrutu ilə yüklər daxil olacaq. Bu gün biz Çindən Azərbaycan vasitəsilə Avropa ölkələrinə konteyner yüklərinin daşınmasının artım tendensiyasını müşahidə edirik", - X.Həsənli deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti