...

"AzerGold" 2021-ci il üzrə gözlənilən mənfəət həcmini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2022 12:43 (UTC +04:00)
"AzerGold" 2021-ci il üzrə gözlənilən mənfəət həcmini açıqlayıb

Bakı. Nəzrin İsrafilova - Trend:

"AzerGold" QSC-nin xalis mənfəəti 2020-ci ildə 82 milyon manat təşkil edib və 2019-cu illə müqayisədə 287 faiz artıb. 2021-ci ilin yekunlarına əsasən, bu göstəricinin 80 milyon manata yaxın olacağı gözlənilir.

Trend-in məlumatına görə, bunu QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov 2021-ci ilin yekunlarına və qarşıda duran tapşırıqlara həsr olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, "AzerGold" QSC 2021-ci ildə 29,7 milyon manat məbləğində vergi ödəyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti