...

Ötən il daxili bazarda qızıl satışı 5.5 dəfə çoxalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2022 13:17 (UTC +04:00)

Bakı. Nəzrin İsrafilova - Trend:

2021-ci ildə "AzerGold" QSC daxili pərakəndə bazarda 2 649 unsiya məhsul satıb.

Trend-in məlumatına görə, bunu QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov 2021-ci ilin yekunlarına və qarşıda duran tapşırıqlara həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu, əvvəlki illə müqayisədə 446 faiz (5,5 dəfə) çoxdur.

Z.ibrahimov bildirib ki, satılan məhsulun 97 faizi qızılın, üç faizi gümüşün payına düşüb.

Satılan məhsulun məbləği 2020-ci illə müqayisədə 378 faiz (4,8 dəfə) artaraq 8,7 milyon manat təşkil edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti