Bakı. Trend:
Azərbaycan və Özbəkistan məhsulların üçüncü ölkə bazarlarında təşviq olunması üçün birgə müəssisələr yaratmağı planlaşdırır.
Trend-in məlumatına görə, bunu AZPROMO-nun rəhbəri Yusif Abdullayev qadın sahibkarların Azərbaycan-Özbəkistan biznes forumunda deyib.
"Ölkələrimiz arasında ikitərəfli münasibətlər inkişaf edir. Son beş ay ərzində Özbəkistanla Azərbaycan arasında ticarət dövriyyəsi 65 milyon dollara çatıb", - deyə o bildirib.
(Tərcümə: Orxan Nəbiyev)