...

Azərbaycan Qarabağda bərpa işləri üçün tərəfdaş ölkələrdən investisiyaların cəlbində maraqlıdır - Elnur Əliyev

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Noyabr 2022 13:03 (UTC +04:00)
Azərbaycan Qarabağda bərpa işləri üçün tərəfdaş ölkələrdən investisiyaların cəlbində maraqlıdır - Elnur Əliyev
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Qarabağda bərpa işləri üçün tərəfdaş ölkələrdən investisiyaların cəlb olunmasında maraqlıdır.

Trend-in məlumatına görə, bunu bu gün iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İnvestisiyalar və gənc sahibkarlıq forumunda deyib.

O qeyd edib ki, bugünkü forum ticari-iqtisadi əməkdaşlıq, Azərbaycanın investisiya imkanlarının təşviqi baxımından vacib platformadır.

"Hökumətimiz bərpa işlərinə böyük vəsaitlər qoyur. İşğaldan azad edilmiş ərazilərin iqtisadi reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-tranzit dəhlizlərinin imkanlarından istifadə həm ölkəmizin, həm də bütünlüklə regionun inkişafına təkan verəcək. Qarabağ bölgəsi nəqliyyat-tranzit, bərpa olunan enerji, kənd təsərrüfatı, sənaye, dağ-mədən və digər sahələr böyük potensiala malikdir", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti