...

Türkiyə Azərbaycanın azad olunmuş ərazilərində kənd təsərrüfatının inkişafını dəstəkləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2023 12:16 (UTC +04:00)
Türkiyə Azərbaycanın azad olunmuş ərazilərində kənd təsərrüfatının inkişafını dəstəkləyir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Azərbaycanın azad olunmuş ərazilərində kənd təsərrüfatının inkişafını dəstəkləyir.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Kənd və Meşəçilik Təsərrüfatı Nazirliyinin Qida və Nəzarət üzrə baş direktoru Durali Koçak BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanda birgə fəaliyyətinə həsr olunmuş regional seminar zamanı deyib.

D.Koçak bu regionun nəhəng potensiala malik olduğunu və regionun daha çox kənd təsərrüfatı məhsullarına ehtiyacı olduğunu bildirib.

"BMT-nin məlumatlarına əsasən, dünyada üç milyarda yaxın insanın ərzağa çıxışı yoxdur. Bu problemlərin qarşısını almaq üçün biz hərtərəfli əməkdaşlığımızı daha da genişləndirməliyik", - o qeyd edib.

Koçak həmçinin, beynəlxalq təşkilatların rolunun və məsuliyyətinin hər gün daha da artdığını vurğulayıb.

"Türkiyə təbii resursların itkisinin qarşısının alınması üçün nəhəng resurslar ayırıb. Biz qonşu ölkələrdə 27 layihə həyata keçirmişik. Qafqazda və Mərkəzi Asiyada balıq təsərrüfatı və su resursları sahəsində layihələrimiz var. Biz flora və faunanın qorunmasına böyük diqqət yetiririk", - o əlavə edib.

Qeyd edək ki, FAO-nun əsas məqsədi Azərbaycanda qida məhsullarının və tullantıların idarə olunması sahəsində layihələrə dəstəyə yönəlib. Tərəflər birlikdə kənd təsərrüfatı sahəsində 60-dan yuxarı layihə reallaşdırıb, xüsusən də ölkənin bölgələrində kənd təsərrüfatı mühiti, o cümlədən qida təhlükəsizliyi yaxşılaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti