...

Mərkəzi Bank bank məlumatlarını yerli "bulud" sistemlərində saxlamağı tövsiyə edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2023 13:57 (UTC +04:00)
Mərkəzi Bank bank məlumatlarını yerli "bulud" sistemlərində saxlamağı tövsiyə edir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) bank məlumatlarını yerli "bulud" sistemlərində saxlamağı tövsiyə edir.

Trend xəbər verir ki, bu barədə cümə axşamı Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya və kiber təhlükəsizlik şöbəsinin rəisi Elvin Şahverdiyev "Dayanıqlı inkişaf üçün texnologiyalar: 4Sİ texnologiyaları və bulud həlləri" mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, tənzimləyici öz məlumatlarını və müştəri məlumatlarını xaricdə yerləşən bulud sistemlərində saxlamağı tövsiyə etmir.

"Azərbaycanda artıq milli bulud anbarı formalaşıb və maliyyə bazarının demək olar ki, bütün iştirakçıları ondan yararlana bilərlər", - deyə o əlavə edib.

Qeyd edək ki, 2016-cı ilin dekabrında ölkəmizdə "AzInTelecom" MMC-nin Azərbaycanda və Cənubi Qafqaz regionunda TIER III, ISO 20000, ISO 22301 və ISO 27001 sertifikatlarına malik ilk Data mərkəzinin bazasında təqdim olunan bulud xidmətləri işə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti