...

Son 5 il ərzində Azərbaycanın dövlət büdcəsinin sosial xərcləri 4,4 milyard manat artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2023 12:12 (UTC +04:00)
Son 5 il ərzində Azərbaycanın dövlət büdcəsinin sosial xərcləri 4,4 milyard manat artıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Son 5 il ərzində Azərbaycanın dövlət büdcəsinin sosial xərcləri 4,4 milyard manat artıb.

Trend çərşənbə günü xəbər verir ki, bu barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq üzrə komitənin sədri Tahir Mirkişili komitənin bugünkü iclasında deyib.

Onun sözlərinə görə, təkcə ötən il büdcə xərclərinin 36,1 faizini və ya 11 576,9 milyon manatını sosial istiqamətdə xərclər təşkil edib ki, bu da öncəki illə müqayisədə 1 280,3 milyon manat və ya 12,4 faiz çoxdur.

"2018-ci illə müqayisədə dövlət büdcəsinin xərclərində sosial istiqamətdə xərclərin xüsusi çəkisi 4,4 faiz bəndi artaraq 4 380,4 milyon manat olub ki, bu da 1,6 dəfə artım deməkdir. 2022-ci ildə sosial istiqamətdə xərclərə aid olan əməyin ödənilməsi xərcləri 7 465,7 milyon manat (2021-ci illə müqayisədə 970,7 milyon manat və ya 14,9 faiz artım), sosial ödənişlər üzrə xərclər 3 550,7 milyon manat (2021-ci illə müqayisədə 309,6 milyon manat və ya 9,6 faiz artım) olub, 94,1 milyon manat isə dərman vasitələrinin əldə olunmasına yönəldilib", - T.Mirkişili deyib

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti