...

Əhalinin investisiya qoymağa marağı artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2023 14:39 (UTC +04:00)
Əhalinin investisiya qoymağa marağı artır
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Son vaxtlarda Azərbaycanda investisiya fəaliyyəti getdikcə daha çox maraq cəlb etməkdədir.

Trend cümə günü xəbər verir ki, bunu "Unicapital İnvestisiya Şirkəti" ASC-nin baş direktoru Vüqar Namazov "Emitent günü" tədbirində deyib.

Onun sözlərinə görə, fond-maliyyə bazarı vasitələrinə investisiyalar xüsusi maraq doğurur.

"Azərbaycanda bu sahənin inkişafı və dünya bazarlarında innovasiyaların əlçatanlığı vətəndaşların səhmlər, fondlar, derivativlər və kriptovalyutalara investisiya qoymağa marağının artmasına səbəb olub. Əhali arasında maliyyə savadlılığı səviyyəsi artıq yetərincə yüksəkdir. Əmanətçi depozitinin bankdan borc vəsaiti cəlb edən şirkəti maliyyələşdirdiyini anladıqda daha sərfəli şərtlərlə birbaşa bu şirkətə investisiya qoymağa üstünlük verir. Yaxud şirkətin səhmlərini əldə etməklə yalnız onun məhsulunu deyil, daha böyük maddi dəyər əldə edir. Beləliklə, əmanətçi və ya istehlakçı investora çevrilir", - V.Namazov deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti