...

Argentinada ilin əvvəlindən inflyasiya 42,2% təşkil edib.

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyun 2023 03:08 (UTC +04:00)
Argentinada ilin əvvəlindən inflyasiya 42,2% təşkil edib.

Bakı. Trend:

Argentinada may ayında inflyasiya 7,8 faiz təşkil edib.

Trend xəbər verir ki, bu barədə ölkənin Statistika və Siyahıyaalma İnstitutu məlumat yayıb.

Məlumata əsasən, ilin əvvəlindən inflyasiya 42,2 faizə çatıb. "2023-cü ilin may ayında istehlak qiymətləri indeksinin ümumi səviyyəsi 7,8%, ilin əvvəlindən ümumi artım isə 42,2% təşkil edib. Ötən ilin müvafiq ayı ilə müqayisədə artım 114,2% olub", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Argentina bir neçə ildir ki, yüksək inflyasiyadan əziyyət çəkir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti