Bakı. Trend:
Qazaxıstan Bəhreynə turist çarter reysləri açıb.
Trend xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya Komitəsindən məlumat verilib.
"Uçuşların coğrafiyasının genişləndirilməsi və beynəlxalq reyslərin sayının artırılması üzrə işlər çərçivəsində iyunun 28-dən Qazaxıstan və Bəhreyn arasında Almatı-Manama marşrutu üzrə turist çarter reysləri açılıb", - deyə məlumatda bildirilir.
Məlumata əsasən, uçuşlar həftədə bir dəfə (çərşənbə günləri) SCAT aviaşirkəti tərəfindən Boeing-737 tipli təyyarələrlə həyata keçirilir.