...

KOBİA ICSB-nin əməkdaşlığı ilə rəqəmsal transformasiyaya başlayan ilk təşkilatdır - Baş direktor

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2023 14:33 (UTC +04:00)
KOBİA ICSB-nin əməkdaşlığı ilə rəqəmsal transformasiyaya başlayan ilk təşkilatdır - Baş direktor
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Kiçik Biznes üzrə Beynəlxalq Şuranın (ICSB) əməkdaşlığı ilə rəqəmsal transformasiyaya başlayan ilk təşkilatdır.

Trend xəbər verir ki, bunu ICSB-nin prezidenti və baş direktoru Ayman El Tarabişi Bakıda keçirilən Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumunda deyib.

"Növbəti 4,5 il ərzində qarşılıqlı fəaliyyətimiz əməkdaşlıq, innovasiya və dayanıqlılığın nümunəsinə çevrildi. Bu tərəfdaşlıq qlobal qeyri-müəyyənlik dövründə başladı, lakin inkişaf etdi və agentlik bizimlə birgə rəqəmsal transformasiyaya başlayan ilk təşkilat oldu. Təşkilatın yeni fəaliyyət formatına keçidə hazırlığı heyrətamiz çeviklik və ümumi missiiyamıza sadiqlik nümayiş etdirdi.

Səmərəli tədbirlər görmək üçün səyləri səfərbər etməyə saqidlik KOBİA-nın daima nümayiş etdirdiyi xüsusiyyətdir. Əməkdaşlığımız iddialı başlanğıcla yeni yüksəkliyə çatdı və üç günlük Dünya Forumunun keçirilməsi ilə nəticələndi", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti