Bakı. Trend:
Azərbaycanın iqtisadi siyasətində yeni mexanizmlərin həyata keçirilməsinə başlanılıb.
Trend xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2023" (GBF23) tədbirində deyib.
"Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ölkənin qarşısında mühüm məqsədlər qoyur. Bu, ilk növbədə biznes mühitinin cəlbediciliyinin daha da artırılması, iqtisadiyyatın diversifikasiyası və ixracyönümlü iqtisadi artım modelinin inkişafı, özəl sektora yeni dəstək mexanizmlərinin yaradılması, kiçik və orta sahibkarlığın, investisiyaların və ixracın səmərəli təşviqi, onların yaradılması üzrə tədbirlərlə əlaqədar bölgə və sənaye zonalarında iqtisadi fəallığın artmasıdır.
İnvestorlar üçün yaradılmış əlverişli biznes mühiti, verilən güzəşt və preferensiyalar, o cümlədən, işğaldan azad olunmuş ərazilərdə özəl sahibkarlığın təşviqi ölkə iqtisadiyyatına investisiyaların artmasını, yeni istehsal meydançalarının və iş yerlərinin açılmasını təmin edir.
İqtisadi siyasətdə yeni mexanizmlərin icrası, o cümlədən, dövlət-özəl tərəfdaşlığı praktikası, kredit-zəmanət və faiz subsidiyalaşdırma vasitələri, o cümlədən, özəlləşdirmə sahəsində ölkədə özəl investisiya fəallığının daha da artmasına yönəlmiş ayrı-ayrı tədbirlər icra olunmağa başlayıb", - deyə o qeyd edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)