Bakı. Trend:
Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA) ixrac coğrafiyasını genişləndirməyi planlaşdırır.
Trend xəbər verir ki, bu barədə Assosiasiyanın baş katibi Şahanə Sarı "Tokyo Construction&Design 2024" sərgisində iştirakın yekunlarına həsr olunmuş mətbuat kofransında deyib.
"Tikinti materiallarının coğrafiyasını genişləndirməyi planlaşdırırıq. Özbəkistan bu məsələdə prioritet bazardır", - deyə o qeyd edib.
Şahanə Sarı Assosiasiyanın artıq İraq Tikinti Assosiasiyası ilə əməkdaşlıq etdiyini xatırladıb.
Qeyd edək ki, ATMİA 2017-ci ildə yaradılıb və artıq 400-dən çox üzvü var.
Assosiasiyanın əsas məqsədi Azərbaycanda tikinti sektorunun inkişafı, eləcə də, dövlət tərəfindən iqtisadi və sosial inkişaf sahəsində həyata keçirilən tədbirlərin təşviqindən ibarətdir.
(Tərcümə: Rəna Əbdürəhmanova)