...

Həştərxanda Xəzəryanı ölkələrinin Ticarət və Sənaye Palatalarının iclası keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2024 18:47 (UTC +04:00)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Həştərxan şəhərində Xəzəryanı ölkələrinin Ticarət və Sənaye Palatalarının XXI iclası keçiriləcək.

Trend bu barədə Həştərxan vilayətinin Xarici Əlaqələr Nazirliyinin məktubuna istinadən xəbər verir.

Oktyabrın 30-31-də Həştərxan şəhərində Xəzəryanı ölkələrinin Ticarət və Sənaye Palatalarının (TSP) XXI toplantısı baş tutacaq. Tədbirdə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın dövlət orqanlarının və işgüzar dairələrinin nümayəndələri iştirak edəcəklər. Həmçinin, tədbirdə ekspertlər, alimlər və Xəzəryanı ölkələrinin ictimai təşkilatlarının liderləri də iştirak edəcəklər.

“İşgüzar Xəzər” adı altında keçirilən bu görüşün təşkilatçısı “Həştərxan Ticarət və Sənaye Palatası” birliyidir. Tədbirin əsas məqsədi TSP-lər, biznes və məsul strukturlar arasında əməkdaşlığı gücləndirmək, eləcə də, bölgənin ticari və iqtisadi inkişaf perspektivlərini müzakirə etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti