...

FAZİL MƏMMƏDOV: AR DNŞ-NİN VERGİ BORCU MİLYARD MANAT TƏŞKİL EDİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2005 21:50 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin (AR DNŞ) cərimələr də daxil olmaqla 900 milyard manat həcmində vergi borcunun qalığını ödəməlidir. Bu barədə iyunun 17-də vergilər naziri Fazil Məmmədov mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, ötən il vergilər üzrə ARDNŞ-nin borcunun ümumi həcmi 6 trilyon manat təşkil edirdi. Buna baxmayaraq, hazırkı anda bu borcların bir hissəsi ödənilib və cərimələr hesaba alınmaqla qalığı 900 milyard manat təşkil edir. F.Məmmədovun sözlərinə görə, qalan borcların qaytarılması artıq 2005-ci il ərzində planlaşdırılır.

Cari ödəmələrə gəldikdə isə nazir bildirib ki, 2005-ci ilin birinci rübünün yekunlarına görə ödəmələr tam həcmdə həyata keçirilib. Vergilər naziri onu da bildirib ki, vergi ödəmələri ilə bağlı problemlər yığım səviyyəsinin aşağı olması (bir qayda olaraq 30-40 %) "Azərenerji" və "Azəriqaz"la da mövcuddur. Bu zaman vergi borcları subsidiyaların hesabına ödənilir, digər hissəsi isə borc şəklində qalır.

F.Məmmədov həmçinin qeyd edib ki, bundan əvvəl borcların ödənməsi təcrübəsinin tənzimlənməsi üçün müvafiq protokollar imzalanırdı və ödənmiş borcların qrafiki qəbul edilirdi. İndiki anda borcların ödənməsi cari hesablamalara müvafiq aparılır və protokollar da onların əsasında imzalanır.

Xəbər lenti

Xəbər lenti