...

AZERBAIJAN QAZ EMALI –NIN ÖZƏLLƏŞDİRİLMƏSİ İLƏ BAĞLI TENDERƏ ETİMADSIZLIQ DAVAM EDİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2005 16:56 (UTC +04:00)

Səhmdarlar Azerbaijan Qaz Emali Səhmdar Cəmiyyətinin (Azərbaycan qaz emalı zavodu) özəlləşdirilməsi üzrə tenderə məhəl qoymamaqda davam edirlər. Hökumətdən Trend ə verilən məlumata görə, müsabiqənin iyulun 20-də elan olunmasına baxmayaraq, indiyə kimi tenderdə iştirak etmək üçün heç bir təklif daxil olmayıb.

Özəlləşməyə zavodun səhmlərinin 87,14%-i çıxarılıb. Qalan12,86% zavodun işçiləri arasında bölüşdürülüb. "Əgər iyülün 21-nə kimi heç bir təklif daxil olmazsa, müəssisənin özəlləşdirilməsinə dair təkrar tenderin elan ediləcəyi planlaşdırılır. Ümumiyyətlə isə obyektğin cari ilin sonuna kimi özəlləşdirilməsi nəzərdə tutulub", - deyə hökumətdən bildiriblər.

Təkliflərin qiymətləndirilməsi iyulun 25-nə nəzərdə tutulub. Özəlləşdirmə investisiya müsabiqəsi yolu ilə keçiriləcək. Bu zaman iştirakçılar 1 milyard manat bank zəmanəti təqdim etməli, qalib isə İqtisadi İnkişaf Nazirliyinə 300 min özəlləşdirmə çeki təqdim etməlidir.

Xəbər lenti

Xəbər lenti