...

AZƏRBAYCANLA BOLQARISTAN ARASINDA GÖMRÜK SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞA DAİR SAZİŞ LAYİHƏSİ HAZIRLANIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2005 16:23 (UTC +04:00)

Azərbaycanla Bolqarıstan arasında gömrük sahəsində əməkdaşlığa dair saziş layihəsi hazırlanır.Bu barədə Trend agentliyinə Bolqarıstanın Azərbaycandakı səfirliyində bildirilib.

Sənədddə iki ölkə arasında bu sahədə hüquqi bazanın inkişafı nəzərdə tutulur.

Layihədə həmçinin Azərbaycan və Bolqarıstanın gömrük xidmətləri əməkdaşlığının, xüsusilə kontrabanda, gömrük qaydalarının pozulması ilə mübarizədə qarşılıqlı anlaşma və qarşılıqlı münasibətlər sahəsində, iki ölkə qanunvericiliyinin beynəlxalq qanunlara unifikasiya edilməsi sahəsində əməkdaşlığın inkişafı əks etdiriləcək.

Sənədə əsasən, tərəflər gömrük sistemi fəaliyyətinin təkmilləşdirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, informasiya mübadiləsi sahəsində əməkdaşlıq edəcək.

Xəbər lenti

Xəbər lenti