...

BAKIDA AVTOMOBİLLƏRİN ÜÇGÜNLÜK SƏRGİSİ AÇILIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Avqust 2005 18:03 (UTC +04:00)

Bu gün Bakının "Amburan" istirahət mərkəzində avtomobillərin üçgünlük sərgisi başlayıb. Bu barədə Trend ə "Amburan" istirahət mərkəzindən məlumat verilib.

Sərgidə əsasən Peugeot və Nissan markalı avtomobillər nümayiş etdirilir. Kompleksdə dünyanın 20-dən çox şirkətinin istehsalı olan avtomobillər təqdim olunub.

Gələn həftə BMW, Mersedes və Volkswagen avtomobillərinin sərgisinin keçirilməsi planlaşdırılır. Sərgi avtomobil dilerləri Assosiasiyası tərəfindən keçirilir.

Xəbər lenti

Xəbər lenti