...

QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİ EMİTENTLƏR QİYMƏTLİ KAĞIZLAR NOMİNALININ PROBLEMİNİ HƏLL EDİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2005 15:46 (UTC +04:00)

Qiymətli kağızlar üzrə Dövlət Komitəsi (QKDK) qiymətli kağızlar bazarının peşəkar iştirakçılarına buraxılan qiymətli kağızlar nominalının masştabında dəyitşikliklər barədə xəbərdarlıq və təkliflər göndəriblər.

QKDK-dən Trend ə verilən məlumata görə, nominalın masştabında dəyişikliklər dövriyyəyə denominasiya olunmuş manatın buraxılması ilə əlaqədardır.

Analoji dəyişikliklərin qiymətli kağızların dövlət siyahısında və qiymətli kağızların, veksel və qeyri-emissiya kağızlarının buraxılışı qeydityyatının prosedurasında da edilməsi planlaşdırılır.

Bütün aksioner cəmiyyətləri üzrə qiymətli kağızlar nominalı yeni ölçüyə müvafiq olaraq keçiriləcək. Lakin bu planların reallaşdırılması bir sıra problemlər yaradır.

Məsələn 5 minə böldükdə dövriyyə üçün münasib olmayan rəqəmlər yaranır ki, buna görə də azalma və çoxalma tərəfə dəyişiklər etmək lazım gəlir.

3 aksioner cəmiyyətdə Nizamnamə kapitalında dəyişikliklər zamanı ümumi dəyər qimyətli pulların miqdarına qeyri-bərabər bölünür ki, bundan sonra nominal kəsr ədədləri ilə göstərilməlidir.

Xəbər lenti

Xəbər lenti