...

BAKIDA "ÖZƏLLƏŞDİRMƏ VƏ ONUN KAPİTAL BAZARININ İNKİŞAFINA TƏSİRİ"ADLI BEYNƏLXALQ KONFRANS BAŞLAYIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2005 14:52 (UTC +04:00)

Oktyabrın 11-də Bakıda "Özəlləşdirmə və onun kapital bazarına təsiri"mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Trend bildirir ki, tədbirin təşkilatçıları Bakı Fond Birjası (BFB) və Avrasiya birjalar Federasiyasıdır (FEAS).

BFB-nin rəhbəri Anar Axundov qeyd edib ki, konfransın keçirilməsində əsas məqsəd portfel investisiyaları perspektivlərinii müəyyən edilməsidir.

FEAS-nın prezidenti Osman Birsən xarici investisiyaların, xüsusilə sağlam rəqabət mühitinin təmin edilməsi üçün bazarda iştirakının əhəmiyyətini vurğulayıb.

Qiymətli kağızlar üzrə Dövlət komitəsinin rəhbəri Heydər Babayev faktiki formalaşdırılmağı başladığı son 7 ildə ölkədə həyata keçirilən qiymətli kağızlar bazarının inkişafının əhəmiyyətini qeyd edib.O, bildirib ki, dövlət qiymətli kağızları pul kütləsi üçün absorbent kimi istifadə olunur ki, bu da inflyasiya prosesini tənzimləməyə imkan verir.O, həm də qiymətli kağızların bu növü üzrə gəlir dərəcəsinin 4-5%-dən 12,5%-dək kəskin artımını qeyd edib.

O, həm də qeyd edib ki, yeni 2006-2015-ci illərdə yoxsulluğun azaldılması və sabit inkişaf Dövlət proqramı çərçivəsində yoxsulluğun azaldılması Katibliyi və qiymətli kağızlar üzrə Dövlət komitəsinin bir sıra tədbirlər həyata keçirəcəyi nəzərdə tutulur.

Qeyd edək ki, konfrans BFB-nin 5 illiyinə həsr olunur.Tədbirin məqsədi özəlləşdirmə sahəsində beynəlxalq təcrübə ilə tanışlıq, region üçün ümumi problemlərin araşdırılması və sərmayəçilərin Azərbaycan kapital bazarının şəraiti və onun imkanları ilə tanış edilməsidir.

Xəbər lenti

Xəbər lenti