...

Malpensa hava limanı Azərbaycana yeni marşrut üzrə həftədə 500 sərnişin daşınmasını nəzərdə tutub

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2005 13:33 (UTC +04:00)

Malpensa hava limanı noyabrın 21-də yeni Bakı-Milan-Bakı marşrutu ilə həftədə 400-500 sərnişinin daşınmasını planlaşdırır. Bu barədə Trend ə, noyabrın 21-də Malpensa aeroportunun direktoru Maurisio Merenda aviasiya reysinin açılışı mərasimi zamanı bildirib.

Onun sözlərinə görə, hava limanının rəhbərliyi yaxın gələcəkdə sərnişin axını stabil şəkildə artacağına əmindir. "Bu aviasiya reysinin açılması üçün azərbaycanlı həmkarlarımızla böyük işlər həyata keçirmişik ", - deyə o qeyd edib.

Azərbaycanın İtaliyadakı səfiri Emil Kərimov bəyan edib ki, iki ölkə arasındakı münasibətlərdə sabit iqtisadi artım müşahidə olunur.

Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi $1 milyarda yaxındır.

Bakı-Milan-Bakı reysinin həftədə 2 dəfə bazar ertəsi və cümə günləri həyata keçiriləcəyi ehtimal edilir.

2005-ci ilin yanvar- sentyabrında Malpensa aeroportu 14,9 milyondan artıq sərnişin daşıyıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5,7% çoxdur. Bu müddət ərzində yük daşınmalarının həcmi 271 min ton artıb ki, bu da 2004-cü ilin yanvar-sentyabr aylarındakından 8,2% çoxdur.

Məlumatlara görə, 2004-cü ildə Malpensa aeroportu sərnişin daşınmalarının keyfiyyətinə görə dünyada 9-cu ən yaxşı hava limanıdır və Frankfurtdan sonra ikinci yeri tutur.

Xəbər lenti

Xəbər lenti