...

Milli Bank İpoteka Fondunun yaradılması üçün sənədlərin ekspertizasının nəticələrini gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2005 15:32 (UTC +04:00)

İpoteka Fondunun yaradılması ilə bağlı təşkilati işlər görülür. Trend in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib.

Elman Rüstəmovun sözlərinə görə, hazırda Fondun təşkilati strukturu və digər işlər üzərində iş aparılır: "Biz Fondla bağlı bütün sənədləri toplayıb təqdim etmişik. Hazırda sənədlərin ekspertizası keçirilir və biz nəticələrini gözləyirik. Amma bu, çox mürəkkəb prosesdir. Görünür sənədlər mürəkkəb olduğundan ekspetiza çox vaxt aparır və proses uzun çəkir".

Elman Rüstəmov qeyd edib ki, sənədlər Milli Banka təqdim olunan kimi geniş tam miqyasda fəaliyyətə başlanılacaq.

E.Rüstəmov onu da deyib ki, son zamanlar İpoteka layihəsi ilə bağlı heç bir mənbəyə əsaslanmayan və provokasiya xarakterli məlumatlar yayılır. Onun sözlərinə görə, ölkə prezidentinin göstərişi ilə gənc ailələrlə bağlı olduqca əlverişli, uzunmüddətli və yüngül şərtlərlə Milli Bank tərəfindən təkliflər hazırlanıb. Bu təkliflər Maliyyə Nazirliyinə, Gənclər İdman və Turizm Nazirliyinə təqdim oulnub. E.Rüstəmovu sözlərinə görə, hətta ilkin şərtlər Gənclər İdman və Turizm Nazirliyi ilə birgə razılaşdırılmış formada hazırlanıb. Milli Bankın rəhbəri bildirib ki, sözügedən sənəd müvafiq orqanlardan öz rəyini gözləyir. Bu təklifləri hökumətə prezident təqdim edəcək.

Xəbər lenti

Xəbər lenti