...

Azərbaycanın Türkiyə ilə həmsərhəd rayonlarında quş qripi halları qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2005 14:50 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasının Türkiyənin İqdır vilayəti ilə həmsərhəd rayonlarında quş qripi halları aşkar edilib. Bu barədə Trend Türkiyənin KİV-nə istinadən məlumat yayıb.

Eləcə də, Aralıq yaşayış məntəqəsi rayonunda 300-dən artıq quş məhv olub. Yerli ekspertlər artıq bu rayonda bioloji analiz götürüblər və tezliklə virusla bağlı dəqiq məlumatlar əldə olunacaq. Bu virusun Qafqaz dağları regiona köçəri quşlar vasitəsilə yayılacağı barədə bəyanatlar səslənir.

Məlumatda bildirilir ki, beynəlxalq qanunvericiliyə uyğun olaraq, qonşu dövlətlər (Azərbaycan, Ermənistan və İran) virusun yayılması faktı barədə məlumatlandırılacaqlar.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətin rəhbərinin müavini Emin Şahbazovun Trend ə verdiyi məlumata görə, bu günə kimi belə məlumatlar Xidmətə daxil olmayıb. "Biz hər həftə Beynəlxalq Epizootik Bürodan "quş qripinin" vəziyyəti barədə məlumat alırıq və bizə bu xəstəliyin yayılması risqi barədə heç bir xəbərdarlıq jaxil olmayıb", - deyə Xidmətin nümayəndəsi məlumat verib.

NMR-nın Bakıdakı nümaynədəliyinin rəhbəri Rəşad Qulamov həmçinin, Trend ə bildirib ki, onlara bu cür məlumatların daxil olmadığını bildirib.

Xəbər lenti

Xəbər lenti