...

Azərbaycanın Baytarlıq Xidməti Abşeronda profilaktik işlər aparır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2006 14:18 (UTC +04:00)

Dövlət Baytarlıq Xidməti Abşeron yarımadasında profilaktik işlər həyata keçirir. Bu tədbirlər bu ərazidən götürülən nümunələrin Londonda analiz olunması zamanı aşkar olunan "quş qripi" virusunun aşkar olunmasından sonra görülməyə başlayıb. Dövlət Baytarlıq Xidmətindən Trend ə verilən məlumata görə, hazırda dövlət strukturunun mütəxəssisləri başda direktor İsmayıl Həsənov olmaqla bu ərazidədirlər.

"Bizim qarşımızda düran vəzifənin əsas məqsədi virusun ölkə ərazisində yayılmasının qarşısını almaq üçün profilaktik tədbirləri həyata keçirməkdən ibarətdir. Eləcə də, bu əraziyə avtomobillərin girişi və çıxışı zamanı onların dezinfeksiya olunması üçün postlar və dezinfeksiya səddləri yaradılıb", - deyə Dövlət Xidmətindən məlumat verilib.

Strukturda Azərbaycanın "quşqripi" ilə mübarizə aparmaq gücündə olduğunu hesab edirlər.

Dövlət idarəsindən o da bildirilib ki, "biz profilaktik tədbirlər görmək üçün kifayət qədər kimyəvi vasitələrə malikik. Buna baxmayaraq, bu günlərdə 1500 dəst xüsusi müdafiə kostyumu da alınacaq".

Bu ərazidə karantin elan olunmasına dair suala cavab verərkən Baytarlıq Xidmətindən bildirilib ki, bu gün hansı ərazidə bu tədbiri elan etmək hələ dəqiq müəyyən olunmayıb.

Xəbər lenti

Xəbər lenti