...

2006-cı ilin yanvar ayına UniBank-ın aktivləri 61% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2006 17:22 (UTC +04:00)

2006-cı ilin yanvar ayında UniBank-ın aktivləri 2005-ci ilin analoji dövrü ilə müqayisədə 61% artaraq 69,14 mln AZN (345,7 mlrd köhnə manat) təşkil edib. Bu, 2006-cı il yanvarın 1-nə olan müvafiq göstəricidən 7% çoxdur.

Trend in bankın press-relizinə istinadən xəbər verdiyi kimi, il ərzində UniBank-ın kredit portfeli 59% artaraq 45,88 mln AZN (229,4 mlrd AzM) təşkil edib ki, bu da 2006-cı il yanvarın əvvəlinə olan göstəricidən 3% çoxdur.

2006-cı il fevralın 1-nə olan vəziyyət üzrə bank 45,15 mln AZN (225,8 mlrd AzM) depozit cəlb edib. Bu göstəricinin illik artımı 97%, 2006-cı ilin yanvar ayında isə 8%-ə bərabər olub.

Keçən ayın yekunları üzrə bankın gəlirləri 1,03 mln AZN (5,2 mlrd AzM) təşkil edib ki, bu da keçən ilin həmin dövrü ilə müqayisədə 55% çoxdur. Bankın balanslı gəliri 347 min AZN-ə (1,7 mlrd AzM) bərabər olub. Artım 2005-ci iln analoji dövrü ilə müqayisədə 36% təşkil edib.

Xəbər lenti

Xəbər lenti