...

2005-ci ildə Azərbaycan Mikromaliyyələşdirmə Bankının aktivləri 134% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2006 17:00 (UTC +04:00)

2005-ci ilin yekunları üzrə AMMB-nın kredit portfeli 3 dəfə arataraq $17,5 mlna çatıb. Trend in bankın press-relizinə istinadən verdiyi məlumata görə, bu göstərici 2005-ci il yanvarın 1-nə olan vəziyyətə görə 169 % çoxdur.

Ötən il ərzində iş adamlarına 9608 kredit verilib ki, bunun da nəticəsində bankın yarandığı andan indiyə kimi verilən kreditlərin ümumi sayı 18,285-ə çatıb.

Bankın ötən il ərzində 134% artan aktivləri təqribən $22,4 mln. təşkil edib. Xatırladaq ki, AMMB-nın bu göstərici üzrə məlumatları $9,3 mln-dan artıqdır. Bankın depozit portfeli $650 minə çatıb. Onların əksəriyyəti fiziki şəxslərin əmanətlərinin hesabına formalaşıb.

Xəbər lenti

Xəbər lenti