Azərbaycanın 20 iş adamının daxil olduğu nümayəndə heyəti fevralın 21-dən 26-na kimi mehmanxana və restoranlar üçün avadanlıqlar üzrə beynəlxalq sərgidə, turizm və səyahətlər üzrə İstanbulda keçiriləcək sərgidə iştirak etmək üçün Türkiyəyə yola düşüb. Bu barədə Trend Sahibkarlar (işəgötürənlər) Təşkilatı Milli Konfederasiyasının press-relizinə istinadən məlumat yayıb.
Sərgidə müxtəlif ölkələrin məhsulları nümayiş olunacaq və onun işində Avropa və Asiyadan gəlmiş nümayəndə heyətləri iştirak edəcəklər. Tədbir çərçivəsində azərbaycanlı biznesmenlər turizm sahəsində son yenilikləri müzakirə etmək üçün bir sıra işgüzar görüşlər keçirməyi planlaşdırırlar.
Azərbaycanın nümayəndə heyətinin Türkiyəyə getməsində əsas məqsəd ölkəyə xarici investisiya axınına yardım göstərməkdən ibarətdir.