...

UniBank-ın fevral ayı üçün maliyyə göstəriciləri

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Mart 2006 13:14 (UTC +04:00)

UniBank kommersiya bankı 2006-cı ilin fevral ayı ərzində maliyyə göstəricilərinin yekununu aparıb. Trend in bankın yaydığı press-relizə istinadən, bankın aktivləri 2005-ci ilin fevralı ilə müqayisədə 74% artaraq 77,4 mln. AZN təşkil edib. Bu göstərici bu il yanvarın 1-nə olan müvafiq göstəriciləri 19% üstələyib.

Bankın kredit portfeli il ərzində 58% artıb və 47,7 mln. AZN təşkil edib ki, bu da ilin əvvəlinə görə olan göstəriciləri 7% üstələyib.

2006-cı il martın 1-nə görə olan vəziyyətə görə, bankın cəlb olunmuş depozitlərinin həcmi 49,3 mln. AZN təşkil edib. Bu göstərici üzrə illik çoxalma 93%, 2006-cı il ərzində artım 18% təşkil edib.

Fevral ayının yekunları üzrə bankın gəlirləri 2 138 min AZN təşkil edib ki, bu da ötən ilin həmin dövrü üçün olan göstəricilərdən 66% çoxdur. Bankın balans gəliri 821 min AZN təşkil edərək, 2005-ci ilin analoji dövrü ilə müqayisədə 113% artıb.

Xəbər lenti

Xəbər lenti