...

Heydər Babayev: Azərbaycanın İnvestisiya Şirkətinin yaradılması ilə bağlı təşkilati işlərə apreldən başlanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2006 16:09 (UTC +04:00)

Azərbaycan prezidentinin "İnvestisiya fəaliyyətinin genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 30 mart tarixli sərəncamına əsasən yaradılan "Azərbaycanın investisiya şirkəti" ASC həm dövlətin, həm də özəl müəssisələrin payçısı ola bilər. Ən əsası odur ki, bərpa edilməli olan sahələrə sərmayəçilər cəlb olunsun. Trend ANS telekanalına istinadən bildirir ki, Azərbaycanın iqtisadi inkişaf naziri, SC-nin sədri Heydər Babayev bu barədə bəyan edib.

Bu şirkətin nizamnamə kapitalının məbləği təxminən $90 mln. təşkil edəcək. Amma gələcəkdə bu məbləğ artırıla bilər. "Şirkətin nizamnamə kapitalının həcmi bu SC-nin idarə edəcəyi ümumi vəsaitə bərabər deyil. Bu kapital vəsaitin cəlb edilməsi üçün vacibdir" -deyə nazir qeyd edib.

Elə sahələr var ki, sərmayəçilər buraya vəsait yatırmaqda maraqlı deyil, amma bu sahələrin bərpa və inkişaf etdirilməsi dövlət üçün çox əhəmiyyətlidir.Bu müəssisələrdə investisiya şirkəti də iştirak edə bilər. Digər formalar da var. "Məsələn, investisiya şirkəti hər hansı bir sahə təşkil edə və sonra birjalar vasitəsilə yaxud digər yollarla həmin sahələrin işinə xarici və yerli şirkətləri cəlb edə bilər" -deyə nazir bildirib.

Gələn həftədən bu orqanın təşkilati işinə başlanması nəzərdə tutulur. Bu şirkətin NK tamamilə ARDNF-in hesabına formalaşdırılacaq.

Xəbər lenti

Xəbər lenti