...

Bazel Zavoyko: İstehlakçı qiymətlərinin indekslərinin hesablanmasında bəzi təkmilləşdirmələr etmək lazımdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2006 16:14 (UTC +04:00)

Real vəziyyəti əks etdirmək üçün istehlakçı qiymətlərinin indeksinin (İQİ) hesablanması sistemini yaxşılaşdırmaq lazımdır. Trend in verdiyi məlumata görə, bu barədə jurnalistlərə Beynəlxalq Valyuta Fondunun Bakı nümayəndəliyinin rəhbəri Bazel Zavoyko bəyan edib.

"Dövlət Statistika Komitəsində indeksin hesablanmasında az və ya çox normal hesablama metodikası mövcuddur. İnflyasiyanın hesablanması mexanizmində BVF ilə fərqlər yoxdur. Lakin bir sıra məqamlar var ki, onları mütləq yaxşılaşdırmaq lazımdır. Hər bir ölkədə indeks hansısa çatışmazlıqlara malikdir və onlar texniki yardım istədikdə BVF yaxşılaşdırmaları tətbiq etməyi təklif edir. Azərbaycan Respublikası bu ölkələrdən fərqlənmir", - deyə B.Zavoyko bildirib. O, bəzi istisnaların olduğunu qeyd etsə də, DSK ilə iş təkmilləşdirmə metodikası istiqamətində davam edir.

Dövlət Statistika Komitəsi isə hesab edir ki, İQİ-nin hesablanması zamanı komitənin mütəxəssisləri Beynəlxalq Əmək Təşkilatı, BVF və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən hazırlanan son təlimatlara əsaslanırlar. Bununla əlaqədar, İQİ-nin hesablanmasının kalkulyasiyası üzrə yeni metodologiyanın işlənməsinə ehtiyac görmür.

İlin əvvəlində fondun statistika departamentinin aparıcı eksperti Maykl Silver DSK-nə bu istiqamətdə məsləhətlər vermişdi.

Xəbər lenti

Xəbər lenti