...

Vergi orqanlarının yeni əməkdaşları üçün hazırlıq kursları başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2006 17:38 (UTC +04:00)

Azərbaycan prezidentinin "Dövlət vergi orqanlarında işə qəbul üzrə namizədlərin müsabiqəsinin keçirilməsi qaydalarının təsdiqi haqqında" 2005-ci il 15 aprel tarixli sərəncamına müvafiq olaraq Vergilər Nazirliyinin tədris mərkəzində ötən il vergi orqanlarına işə götürülən yeni əməkdaşlar üçün təhsil hazırlıq kursları başa çatıb. Trend in verdiyi məlumata görə, bu barədə Vergilər Nrazirliyinin aprelin 12-də yayılmış press-relizində bildirilib.

Məlumatda həmçinin, deyilir ki, bu əməkdaşlar aprelin 12-də avtomatlaşdırılmış informasiya vergi sisteminə müyvafiq yarımsistemdə sınaq imtahanlarından keçiblər. Vergi və gömrük məcəlləsi, mühasibat uçotu, proqramlaşdırma, hüquq və digər məsələlər üzrə imtahanları uğurla verən şəxslər vergi orqanlarında öz işlərini davam etdirəcəklər.

2005-ci il avqustun 3-dən 23-nə kimi işə qəbul üzrə müsabiqədə iştirak etmək istəyən 361 nəfərdən sənəd qəbul olunub. Onlardan 345 nəfəri Tələbə qəbulu üzrə Dövlət Komissiyası ilə birgə keçirilən sınaq imtahanlarında iştirak edib. İmtahanların nəticələri üzrə sualların 70% -nə cavab verməli olan 117 namizədlə görüş-müsahibə keçirilib. Bu mərhələdən 76 nəfər keçib ki, onlardan 53 nəfəri vergi orqanlarında işə qəbul edilib. Digərləri "Dövlət qulluğu haqqında" qanuna müvafiq olaraq 3 illiyə Vergilər Nazirliyində ehtiyata götürülüblər.

Xəbər lenti

Xəbər lenti